Xəbərlər
Sülhməramlılarımızın bir qrupu Əfqanıstana yola salınıb
NATO-nun 2015-ci ilin yanvarından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 35 nəfərdən ibarət qrupu plana uyğun olaraq, rotasiya qaydasında Əfqanıstana yola salınıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, o cümlədən 2 hərbi həkim və mühəndis-istehkam ixtisası üzrə 2 zabit Əfqanıstandakı missiyada iştirak edir.