YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Ermənistan Cənubi Qafqazda üçtərəfli formatda əməkdaşlıqda tərəddüd etməməlidir

Əlbəttə, həm ikitərəfli, həm də beynəlxalq səviyyədə Azərbaycanla Gürcüstan arasında çox yaxın əməkdaşlıq əhəmiyyətlidir, lakin, eyni zamanda, Ermənistan da başa düşməlidir ki, onlar regionda təcrid edilmiş ada kimi yaşaya bilməzlər.

Bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda söyləyib.

Dövlətimizin başçısı deyib ki, Ermənistan bizimlə münasibətləri normallaşdırmalıdır, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına son qoymalıdır və Cənubi Qafqazda üçtərəfli formatda əməkdaşlıqda tərəddüd etməməlidir.

Azərbaycan tərəfindən aparıcı beynəlxalq təşkilatların da dəstəklədiyi üçtərəfli görüşün keçirilməsi haqqında bir sıra təkliflərin verildiyini diqqətə çatdıran Prezident İlham Əliyev həmin təkliflərin Ermənistan tərəfindən rədd edildiyini bildirib.