YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın yaratdığı yeni reallıqlar beynəlxalq aləmdə qəbul olunur

Müşfiq Məmmədli

Milli Məclisin deputatı

12 aprel müşavirəsi istər ötən dövr ərzində baş vermiş hadisələrin təhlili baxımından, istər yaxın gələcəkdə qarşıya qoyulmuş hədəflərə doğru atılacaq addımların strategiyasının müəyyən edilməsi cəhətdən mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son üç ay da daxil olmaqla ötən bir il müddətində görülən işlərin detallı izahını verməklə əslində onların miqyasını, həm də ölkə əhəmiyyətli olmasını bir daha xalqın diqqətinə çatdırdı. Bu dövr ərzində sosial iqtisadi layihələr, əhalinin maddi rifahının yüksəldilməsi istiqamətində verilən qərarların dövlətin əsas prioritet sahəsi olduğunun, həmçinin cənab Prezident üçün insan faktorunun ön sırada yer aldığının göstəricisidir. İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin icrası, vətəndaşlarımızın öz dədə-baba yurduna qayıtmasını təmin etmək yönündə vacib tapşırıqların verildiyini, eyni zamanda regionda sülhün bərqərar olması üçün beynəlxalq aləmin göstərdiyi münasibətin mühüm rol oynadığını da qeyd etmək lazımdır. Qoşulmama Hərəkatının, İslam Əməkdaşlığı Təşkilatının, ATƏT-in və nəhayət Avropa İttifaqının münasibətini həmçinin BMT-nin Şuşada keçirdiyi tədbiri yüksək qiymətləndirdi. Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq aləmdə qəbul olunduğunun bariz nümunəsi kimi qeyd etdi. Sosial-iqtisadi, beynəlxalq təşkilatlarla aparılan iş, ordunun təkmilləşdirilməsi, Zəngəzur dəhlizi kimi mühüm mövzuları əhatə edən hesabat xarakterli müşavirə tarixi hadisə kimi qəbul edilməlidir.