YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beyləqanlı şəhidlərin ailələri ziyarət edilib

YAP Beyləqan rayon təşkilatının rəhbərliyinin və fəallarının İkinci Qarabağ müharibəsində şəhid olan beyləqanlıların il mərasimlərində iştirak etmələri ənənəvi hal alıb. Davamlı olaraq şəhidlərin doğum və şəhadət günlərində onların ailələri ziyarət edilir, məzarlarına gül-çiçək dəstələri düzülür.

Mərasim iştirakçıları -rayonun Dünyamallar kəndinin şəhidi  Zalov Elçin İslam oğlunun,  Qəhrəmanlı qəsəbəsinin şəhidi Məmmədov Vüqar Xaləddin oğlunun,  Kəbirli kəndinin şəhidləri Həsənov Pərviz Yolçu oğlunun və Abbasov Şamxal Xasay oğlunun, həmçinin Beyləqan şəhərinin şəhidi Məmmədov Nicat Şamxal oğlunun il mərasimlərində iştirak edərək şəhidlərin ailələrinə təmkin və səbr diləyiblər. Şəhidlərin ruhlarına dualar oxunub, əziz xatirələri yad edilib.

 Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.