YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ADA Universitetində "Azərbaycanın Avro-Atlantik məkanın Sülh və Təhlükəsizliyə töhfəsi" mövzusunda konfrans keçirilir

ADA Universitetində "Azərbaycanın Avro-Atlantik məkanın Sülh və Təhlükəsizliyə töhfəsi" mövzusunda konfrans keçirilir.

Konfrans Latviyanın Azərbaycanda səfirliyi, NATO-nun Azərbaycanda əlaqələndirici səfirliyi və ADA Universiteti tərəfindən təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Latviyanın Azərbaycandakı səfiri Dainis Qarants, NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiyada xüsusi nümayəndəsi Ceyms Apaturay və digərləri çıxış ediblər.

Tədbir çərçivəsində Azərbaycanda yaşayan əfqan qaçqınların əl işlərindən ibarət sərgi təşkil olunub.