YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müşfiq Cəfərov: Yeni texnologiyanın tətbiqi şirin suların monitorinq işinin təşkilinə və idarə olunmasına xidmət edəcək

“Dünyada istehlak olunan şirin suyun 70%-ə qədərinin kənd təsərrüfatı sektoru tərəfindən istifadə olunur. Alimlərin hesablamalarına görə, 2050-ci ilə qədər artan dünya əhalisinin ərzaq tələblərinin qarşılamaq üçün əlavə olaraq 19% suyun istifadəsinə zərurət yaranacaq”. Bu fikirləri Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

M.Cəfərov bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15 aprel 2020 tarixli Sərəncamı ilə ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə xüsusi komissiya yaradılıb. Bu komissiyanın yaradılması bir daha onu göstərir ki, sudan qənaətlə istifadənin zəruriliyi, kənd təsərrüfatı əkinlərində suvarmada itkilərin minimuma endirilməsi və təsərrüfatlar arasında ədalətli bölüşdürülmə məsələləri ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

“Bu səbəbdən kənd təsərrüfatında məhsuldarlığın artırılması ilə bərabər sudan istifadədə qənaətin çoxaldılması istiqamətində təcili işlər görülməlidir. Bu işlərin görülməsi üçün müxtəlif qənaətcil irriqasiya texnologiyalarının tətbiqinə, müxtəlif aqroiqlim və torpaq-bitki münasibətlərində torpaqda gedən proseslərə (buxarlanma, rütubət saxlama və s.) nəzarət etmək üçün sistemlərin qurulmasına ehtiyac vardır. Yeni texnologiyanın tətbiqi şirin suların monitorinq işinin təşkilinə və idarə olunmasına xidmət edəcək. Onu da qeyd edim ki, bu texnologiya bir çox inkişaf etmiş və inkişafda olan ölkələrdə qurraşdırılıb, o cümlədən qonşu Gürcüstanda bir neçə ildir ki şirin sulara bu texnologiya vasitəsilə dövlət nəzarəti həyata keçirilir və ona uyğun şəkildə suya qənaət edilərək əkin işləri aparılır. Bu səbəbdən aqrar sektorda qənaətcil suvarma texnologiyalarının tətbiqi üçün dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və ölkə ərazisində geniş şəkildə tətbiqinə ehtiyac vardır”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv