YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Ermənistanın Azərbaycanın 20 faiz torpağını işğal etməsi regionun təhlükəsizliyinə hədədir

Ermənistanın Azərbaycanın 20 faiz torpağını işğal etməsi bütün regionun təhlükəsizliyinə təhdiddir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT iştirakçısı olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib. /Trend/

Onun sözlərinə görə, bu, istənilən an münaqişənin eskalasiyasına gətirib çıxara biləcək təhlükəli faktordur.

Nazir bildirib ki, ATƏT iştirakçı ölkələr üçün təhlükəsizlik çağırışlarının həlli və qarşısının alınmasında unikal platforma və alət olaraq qalır: "Azərbaycan kimi hansısa bloka daxil olmayan ölkələr üçün ATƏT beynəlxalq arenada öz maraqlarımızı təqdim etdiyimiz yeganə platformadır. Onun sayəsində biz beynəlxalq arenada öz maraqlarımızı təqdim edə bilirik”.

 

DİGƏR Xəbərlər Arxiv