YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

QDİƏT-ə üzv dövlətlərin gömrük idarələri rəhbərləri Bakı Bəyannaməsini qəbul etdilər

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin gömrük idarələri rəhbərlərinin iclası keçirilir. İclasın ilk günü “Ticarətin asanlaşdırılmasında gömrük xidmətlərinin təşəbbüsləri”nə dair Bakı Bəyannaməsinin qəbul edilməsi ilə əlamətdar olub.

İki gün davam edəcək iclasda Azərbaycanla birgə Bolqarıstan, Rumıniya, Ukrayna, Yunanıstan, Belçika, Rusiya və digər ölkələrin nümayəndələri iştirak edirlər.

İclası giriş sözü ilə açan Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini Rza Həsənəliyev bildirib ki, QDİƏT-in fəaliyyəti üzv ölkələr arasında iqtisadi əməkdaşlığa böyük təkan verib. Bu əməkdaşlıqdan gömrük xidmətləri də yararlanırlar.

R.Həsənəliyev iclasın gömrük xidmətləri arasında təcrübə mübadiləsi baxımından faydalı olacağını vurğulayıb.

QDİƏT-in daimi beynəlxalq katibliyinin baş katibi Trayan Çebeleu təşkilatın bundan əvvəlki iclaslarını xatırladaraq ötən müddətdə bir sıra nailiyyətlərin əldə olunduğunu deyib. Qeyd edib ki, bu ilin sentyabrında İstanbulda keçirilən iclasda QDİƏT-ə üzv ölkələr arasında gömrük xidməti sahəsində və ölkələr arasında ticarətin sadələşdirilməsi məqsədi daşıyan “bir pəncərə” sisteminin tətbiqi ilə bağlı birgə işçi qrupu yaradılıb. Baş katib vurğulayıb ki, bu iclas da QDİƏT ölkələri üçün bir sıra yeni əməkdaşlıq sahələrinə dair müzakirələr aparılması və yeni təcrübələrin qazanılması üçün çox əhəmiyyətli olacaq.

DİGƏR Xəbərlər Arxiv