YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyada keçiriləcək beynəlxalq konfransda Azərbaycan da təmsil olunacaq

Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Dünya Səhiyyə Təşkilatı tərəfindən cari ilin noyabrın 19-dan 21-dək Roma şəhərində keçiriləcək ikinci Beynəlxalq qidalanma konfransında iştirak etmək üçün İtaliyada səfərdə olacaq.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, bu konfrans XXI əsrin qlobal qidalanma problemlərinə həsr olunmuş ilk hökumətlərarası dünya tədbiri olacaq.

Konfrans dünyanın bir çox ölkələrinin ərzaq, kənd təsərrüfatı, səhiyyə və digər müvafiq nazirlik və qurumlarından olan yüksək səviyyəli şəxslərlə yanaşı, BMT-nin Baş katibini, Roma Papasını, hökumətlərarası təşkilatların rəhbərlərini, tədqiqatçıları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirəcək. Tədbirdə dünyanın 90-dək ölkəsinin kənd təsərrüfatı və səhiyyə nazirinin iştirakı gözlənilir.

Səfər çərçivəsində nazir Heydər Əsədovun yüksək səviyyəli şəxslər ilə görüşləri nəzərdə tutulub.