YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Muxtar Babayev: Ölkəmizdə yaşıllaşdırma işlərinin aparılması ümumi ekoloji vəziyyətin yaxşılaşdırılmasında effektiv bir vasitədir

“Abşeron yarımadasının iqlimini nəzərə alaraq, onun arid sahələr və aşağı keyfiyyətli torpaqlarla səciyyələnən ərazilərində yaşıllaşdırma işlərinin aparılması ümumi ekoloji vəziyyətin yaxşılaşdırılmasında, eyni zamanda iqlim dəyişmələri ilə bağlı təsirlərin minimuma endirilməsində effektiv bir vasitədir”. Bu fikirləri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

M.Babayev bildirib ki, əsas prioritet istiqamətlərimizdən biri də meşələrin artırılması və bərpası, o cümlədən meşələrdən davamlı istifadə edilməsidir. Azərbaycan az meşəli ölkədir. Meşələrin qanunsuz qırılması və digər dağıdıcı müdaxilələrin qarşısının alınması, meşələrin qorunması və mühafizəsinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir.

“Hazırda “Azərkosmos” ASC və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə meşə ilə örtülü ərazilərindəqiqləşdirilməsi məqsədilə inventarlaşma işləri aparılır. Bu işlərdə Nazirliyin nəzdində fəaliyyət göstərən geodeziya və kartoqrafiya  xidmətinin imkanlarından da geniş istifadə edilir. Bundan əlavə, meşə idarəetmə sisteminin müasirləşdirilməsi, meşə ekosisteminin qorunub saxlanılması, yeni meşə sahələrinin salınması və meşə təsərrüfatından beynəlxalq təcrübələr əsasında davamlı istifadə edilməsi məqsədilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) texniki dəstəyi ilə Yeni Milli Meşə Proqramının hazırlıq işlərinə başlanılıb və Proqramın ilkin layihəsi tamamlanıb. Azərbaycan Respublikasının Milli Meşə Proqramı 2020-2030-cu illəri əhatə edən 10 illik  müddət üçün nəzərdə tutulub”-deyə, nazir vurğulayıb.