YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Neftçala rayon təşkilatının yaradılmasının 33 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, dahi şəxsiyyətin xatirəsi anılıb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev bildirib ki, Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaranaraq qısa müddətdə ümumxalq partiyasına çevrilib. Qeyd olunub ki, bu gün partiya cənab  İlham Əliyevin rəhbərliyi ilə ölkənin hərtərəfli inkişafına mühüm töhfələr verən aparıcı siyasi qüvvə kimi çıxış edir. Vurğulanıb ki, YAP Neftçala rayon təşkilatı da ötən dövr ərzində rayonun ictimai-siyasi həyatında fəal iştirak edib və dövlət siyasətinin yerlərdə uğurla həyata keçirilməsinə töhfə verib.

Daha sonra çıxış edən partiya veteranları bildiriblər ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, sabitliyin və davamlı inkişafın təmin olunmasında mühüm rol oynayıb. Qeyd edilib ki, Neftçala rayonunda partiya sıraları getdikcə genişlənir, xüsusilə gənclərin YAP ətrafında sıx birləşməsi gələcək inkişaf üçün möhkəm zəmin yaradır.

Sonda çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib, bütün sahələrdə dinamik inkişaf təmin olunub. Bildirilib ki, Neftçala rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri, sosial-iqtisadi layihələr, əhalinin məşğulluğunun artırılması və rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər dövlət siyasətinin yerlərdə uğurla icra olunduğunu təsdiq edir.

Tədbirdə, həmçinin yubiley yaşlarını qeyd edən bir qrup partiya veteranına YAP Neftçala rayon təşkilatı tərəfindən təşəkkürnamə və xatirə hədiyyələri təqdim olunub.