YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Nigar Məmmədova şəhid ailəsini ziyarət edib

Milli Məclisin deputatı Nigar Məmmədova Abşeron rayonunun Xırdalan şəhərində Vətən müharibəsi şəhidi Rəhim Hüseynovun ailə üzvlərini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

Görüşdə millət vəkili 44 günlük müharibədə şəhidlərin göstərdiyi şücaətlərdən bəhs edib, onların hər birinin mənalı ömür yolunun gənc nəsil üçün örnək olduğunu vurğulayıb. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun işğal altında olan torpaqları azad etdiyini qeyd edib.