YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümumbəşəri dəyərlərə qarşı törədilmiş ağır cinayətlər

Əmir Babayev

YAP Şərur rayon təşkilatının sədri

1918-ci ilin mart hadisələri Azərbaycan tarixinin ən faciəli və eyni zamanda ən dərindən öyrənilməli səhifələrindən biridir. Bu hadisələr təkcə hərbi qarşıdurma və ya siyasi toqquşma kimi deyil, məhz mülki əhaliyə qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş kütləvi qırğın – soyqırımı kimi qiymətləndirilməlidir. Çünki baş verənlər sadəcə döyüş əməliyyatları ilə məhdudlaşmamış, qadın, uşaq, qoca demədən minlərlə günahsız insanın sistemli şəkildə məhv edilməsi ilə müşayiət olunmuşdur.

Mart hadisələrinin xarakterini müəyyən edən əsas cəhət ondan ibarətdir ki, qırğınlar təsadüfi deyil, planlı və sistemli şəkildə həyata keçirilmişdir. İnsanların yalnız milli və dini mənsubiyyətinə görə hədəfə alınması bu faciəni sırf etnik təmizləmə və soyqırımı aktı kimi səciyyələndirməyə əsas verir. Xüsusilə mülki əhalinin – silahsız insanların – amansızlıqla qətlə yetirilməsi bu hadisələrin hər hansı hərbi zərurətdən uzaq olduğunu açıq şəkildə göstərir.Şamaxıda yüzlərlə kəndin yerlə-yeksan edilməsi. Bu faktlar göstərir ki, məqsəd sadəcə müəyyən ərazini nəzarətə götürmək deyil, eyni zamanda yerli əhalini fiziki olaraq məhv etmək olmuşdur. 1918-ci ilin mart hadisələri uzun illər müxtəlif səbəblərdən lazımi siyasi-hüquqi qiymətini ala bilməmişdir. Lakin müstəqillik dövründə bu faciəyə dövlət səviyyəsində obyektiv yanaşma formalaşmış, hadisələrin soyqırımı kimi tanınması istiqamətində mühüm addımlar atılmışdır.

Tarixi ədalətin bərpası, qurbanların xatirəsinin yad edilməsi və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması bu gün də aktual olaraq qalır. Bu hadisələrə yalnız keçmişin faciəsi kimi deyil, həm də gələcək üçün dərs kimi yanaşmaq vacibdir. Çünki tarix göstərir ki, mülki əhaliyə qarşı törədilən zorakılıqların unudulması yeni faciələrin yaranmasına zəmin yarada bilər. Buna görə də 1918-ci ilin mart hadisələrinin soyqırımı kimi tanınması həm tarixi həqiqətin qorunması, həm də beynəlxalq ədalətin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Nəticə etibarilə demək olar ki, 1918-ci ilin mart hadisələri yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə qarşı törədilmiş ağır cinayətlərdən biridir. Bu hadisələrin soyqırımı kimi tanınması həm tarix qarşısında, həm də insanlıq qarşısında mənəvi borcumuzdur.