Xəbərlər
Əli Hüseynov: Qanunlara müvafiq dəyişikliklərin edilməsi onların normativ hüquqi aktlara uyğunlaşdırılması ilə bağlıdır

“Milli Məclisin İntizam Komissiyasının tərkibi ilə bağlı deputatların təklifinə baxılıb. Komissiyanın tərkibinin 9-dan 11 nəfərə çatdırılması qərara alınıb. İclasın baş tutması, yetərsay üçün üçün 7 nəfərin iştirakı məqbul hesab edilib”. Bu sözləri parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanuna dəyişikliklərin II oxunuşda müzakirəsi zamanı məlumat verib.
Komitə sədri, millət vəkillərinin iclaslarda yalnız Azərbaycan dilində çıxış etməsi təklifinə də toxunub: “Bu məsələ Konstitusiyamızda öz əksini tapıb. Yəni, başqa dillərdə danışmaq məsələsi orada istisna olunmur”.
“Bütövlükdə, qanunlara müvafiq dəyişikliklərin edilməsi onların normativ hüquqi aktlara uyğunlaşdırılması ilə bağlıdır”-deyə, Ə.Hüseynli vurğulayıb.