YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa çox böyük əhəmiyyət verir

“Gələcək dünyamızı formalaşdıracaq kreativ ideyaların və onların həyata keçirilməsi yollarının axtarılmasının diqqətdə saxlandığı VI Bakı Beynəlxalq Humanitar Forumunda iki gün ərzində müxtəlif sessiya və panellərdə 150-dən çox məruzə dinlənilib. “Bu, Forumun əhəmiyyətini təsdiqləyən çox mühüm göstəricidir”. Bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa çox böyük əhəmiyyət verir. Onun sözlərinə görə, ölkəmiz humanitar əməkdaşlıqla, multikulturalizmlə bağlı bir çox tədbirlərə ev sahibliyi edir. VI Bakı Beynəlxalq Humanitar Forumu da bu baxımdan xüsusi vurğulanmalıdır.

“Prezident İlham Əliyev Forumda çıxışı zamanı qeyd etdi ki, Bakı Beynəlxalq Humanitar Forumu qısa müddət ərzində dünyada çox önəmli beynəlxalq tədbirə çevrilmişdir. Ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşaması təqdirəlayiq hal və müsbət nümunədir. Azərbaycanın multikulturalizm nümunəsi və təcrübəsi dünya üçün çox gözəl örnəkdir. Multikulturalizm sivilizasiyalararası dialoqun, xalqlararası əlaqələrin inkişafına əhəmiyyətli töhfələr verir, ona görə də multikulturalizmin alternativi yoxdur. Dövlətimizin başçısı Forumda çıxışı zamanı qeyd etdi ki, Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilibdir və bu şərəfli status artıq dünya birliyi tərəfindən tanınır”-deyə, S.Fətəliyeva vurğulayıb.