YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Təlimlərdə iştirak edən qoşunlar əməliyyat rayonları istiqamətində hərəkət edir

Silahlı Qüvvələrin genişmiqyaslı təlimlərinin planına əsasən, “Həyəcan” siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq, qoşunlar döyüş əməliyyatlarına hazırlıq üzrə planlı işlər yerinə yetirirlər.

 

DİGƏR Xəbərlər Arxiv