Xəbərlər
Əli Əhmədov prezident seçkilərində Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi təyin edilib

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini – icra katibi Əli Əhmədov 11 aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi təyin edilmişdir.
Əli Əhmədov Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, 2018-ci il fevral ayının 12-dən aprel ayının 11-nə qədər Baş nazirin müavini dövləti vəzifəsində ödənişsiz məzuniyyətə çıxmışdır.