YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Dövlət proqramının icrası baramaçılığın inkişafına böyük təkan verəcək

«Azərbaycanda dövlət səviyyəsində kənd təsərrüfatının inkişafı istiqamətində mühüm addımlar atılır. Dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması bu baxımdan böyük önəm kəsb edir». Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, ötən ildən etibarən barama istehsalında artım müşahidə olunur. Onun sözlərinə görə, dövlət proqramının qəbul olunması bu sahənin inkişafına böyük təkan verəcək.

«Azərbaycanda yaş barama istehsalının həcminin 2025-ci ilədək 6 min tona çatdırılması nəzərdə tutulur. Proqram çərçivəsində 2018-2020-ci illərdə tədarük olunmuş baramanın ilkin emalı üçün barama qurutma məntəqələrinin, o cümlədən Ağcabədi, Balakən, Bərdə, Göyçay, Tovuz, Zaqatala və Zərdab rayonlarında barama qəbulu və emalı məntəqələrinin yaradılması nəzərdə tutulur. Bütövlükdə bu sənəd baramaçılığın geniş vüsət alması üçün böyük əhəmiyyət kəsb edir. Ölkəmizdə bu kimi sahələrə diqqətin artırılması qeyri-neft seçktorunun  inkişafında mühüm rol oynayır»- deyə, komitə sədri vurğulayıb.