YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: Azərbaycan rəqabətqabiliyyətliliyə görə, MDB-də ilk yerdə dayanır

Dünya İqtisadi Forumu dünya ölkələrinin rəqabət qabiliyyətliliyi səviyyəsini müəyyən edən «Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2014-2015» hesabatını dərc edib. Hesabata görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə əsasən tədqiqatın aparıldığı ölkələr arasında 38-c- yerdə qərarlaşıb. Ötən il respublikamız sözügedən hesabatda 39-cu yeri tutmuşdu. Beləliklə də son bir il ərzində Azərbaycanın rəqabətqabiliyyətlilik indeksini daha da yaxşılaşdıraraq dünya sıralamasında 1 pillə irəliləyib.

Hesabatı şərh edən YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynovun fikrincə, rəqabətqabiliyyətliliyin müəyyən olunması üçün 12 göstəricidən istifadə edən Forumun hesabatında Azərbaycan bütün göstəricilər üzrə yaxşı nəticələr əldə edib. “Ölkəmizin iqtisadiyyatı rəqabət qabiliyyəti indeksinə əsasən, MDB ölkələri arasında birinci mövqeyini saxlayıb. Respublikamız ilk dəfə olaraq reytinqdə iki Baltikyanı ölkəni - Latviya və Litvanı qabaqlayır. Hesabata əsasən, biznesin qeydiyyatı üçün lazım olan prosedurların sayına görə Azərbaycan 10-cu yeri, biznesin qeydiyyatı üçün tələb olunan vaxta görə 36-yeri tutub.  ÜDM-in həcminə görə, ölkəmiz 70-ci pillədə qərarlaşıb. İnflyasiyanın səviyyəsinə görə isə Azərbaycan birinci yerdə qərarlaşıb. Həmçinin, ölkəmizin «əmək bazarının səmərəliliyi», «texnoloji səviyyə», «maliyyə bazarının inkişafı» göstəriciləri üzrə də mövqeyi yaxşılaşıb”.

Aydın Hüseynov bildirib ki, ölkəmizin yeni reytinqdə mövqeyinin yaxşılaşması Prezident İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir. “Azərbaycan son 10 ildə iqtisadi və sosial sahələrin inkişafında yüksək nəticələrə nail olub. Ölkədə ümumi daxili məhsul (ÜDM) 3 dəfədən çox artıb. İqtisadiyyatın qeyri-neft sektorunun artım tempi son 10 ildə orta hesabla 10 faiz təşkil edib. 2013-cü ilin nəticələrinə görə, ölkə ÜDM-i 5,8 faiz, qeyri-neft sektoru isə 10 faiz artıb".

YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavininin  fikrincə, son 9 ildə ölkəmiz «Qlobal rəqabət qabiliyyəti indeksi» hesabatları üzrə 31 pillə - 2005-ci ildə 117 iqtisadiyyat arasında 69-cu yerdən 2014-cü ildə 38-ci yerədək irəliləyib. “2005-2013-cü illər ərzində Azərbaycanla yanaşı, MDB ölkələri arasında yalnız Qazaxıstan və Rusiyanın rəqabət qabiliyyəti indeksləri yüksəlib. Azərbaycan Azərbaycan Dünya İqtisadi Forumunun «Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2014-2015» hesabatında biznesin elektron qeydiyyatının tətbiqinın genişləndirilməsi (biznesin qeydiyatı) göstəricisi üzrə dünya ölkələrinin top-onluğuna daxil edilib”.

A.Hüseynov qeyd edib ki, respublikamızın hesabatda mövqeyinin yaxşılaşması xarici investorların Azərbaycan iqtisadiyyatına marağının daha da artmasına, yeni sərmayə qoyuluşlarına səbəb olacaq. Yeni investisiyalar isə regionlarda yeni müəssisələrin yaradılması, əlavə iş yerlərinin açılması, məşğulluğun səviyyəsinin yüksəlməsi üçün güclü zəmin deməkdir. Eyni zamanda, bu tədbirlərin sayəsində insanların həyat şəraiti ilə bağlı sosial göstəricilər də yaxşılaşacaq.