YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Zəfər təravətli Novruz” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının təşəbbüsü ilə Mingəçevir şəhərində fəaliyyət göstərən Milli Qəhrəman Şahlar Şükürov adına 35 nömrəli tam orta məktəbi üzrə ərazi partiya təşkilatı tərəfindən “Zəfər təravətli Novruz” adlı tədbir təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, məktəbin direktoru, ərazi partiya təşkilatının sədri Elşən Əzim, məktəbin müəllimi İnqilab Şirinli və digər çıxış edənlər Novruz bayramının tarixi, milli-mənəvi dəyərlərimizdəki yeri və xalqımız üçün əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması və yaşadılmasına hər zaman xüsusi diqqət göstərilib və bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Eyni zamanda vurğulanıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən milli-mənəvi dəyərlərimizin, o cümlədən Novruz bayramının beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm işlər görülür.

Tədbirin bədii hissəsində şagirdlər tərəfindən Novruz mövzusunda şeirlər səsləndirilib, milli musiqilər və mahnılar ifa olunub, xalq rəqsləri təqdim edilib.

Qeyd edək ki, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov müqəddəs Ramazan və Novruz bayramları münasibətilə şəhid ailələrini də ziyarət edib.