YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Elm və təhsil: Müasir çağırışlar” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP)  Yasamal rayon təşkilatı, “Z.Xəlilov küçəsi 33” ünvanı üzrə (BDU) ərazi partiya təşkilatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 27 Mart - Elm Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Elm Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin üzvü, Geologiya fakültəsinin tədris işləri üzrə dekan müavini İlqar Quliyev müasir ali təhsil sistemində aparılan islahatlardan, tədrisin keyfiyyətinin artırılmasından və tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunmasının əhəmiyyətindən bəhs edib. O, sahə təcrübələrinin artırılması, müasir laboratoriyaların imkanlarından istifadə, rəqəmsal texnologiyaların tədrisə inteqrasiyası və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Ərazi partiya təşkilatının sədri, professor Zahid Cəfərov çıxışında elm və təhsil sahəsinin hüquqi çərçivələri, akademik etik prinsiplər və təhsil hüquqları haqqında ətraflı məlumat verib. O, akademik dürüstlük, plagiatın qarşısının alınması və şəffaf qiymətləndirmə mexanizmlərinin əhəmiyyətini xüsusi qeyd edib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev dövlət gənclər siyasəti, gənclərin ictimai-siyasi fəallığı və onların potensialının reallaşdırılması istiqamətində həyata keçirilən layihələr barədə danışıb. B.Nəbiyev gənclərin həm milli-mənəvi dəyərlərə sadiq, həm də müasir dünyagörüşlü olmalarının vacibliyini vurğulayıb.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elnarə Akimova isə çıxışında elm və təhsilin strateji əhəmiyyətindən bəhs edərək innovasiya, rəqəmsallaşma, süni intellekt və elmi tədqiqatların inkişafının ölkənin davamlı inkişafında mühüm rol oynadığını bildirib. O, gəncləri daim öz üzərində işləməyə və yeni biliklərə açıq olmağa çağırıb.

Geologiya fakültəsinin Ümumi və tarixi geologiya kafedrasının müdiri, professor Nazim İmamverdiyev geologiya elminin əsasları, Yer tarixinin öyrənilməsi və elmi tədqiqatların əhəmiyyətindən danışıb. Geologiya fakültəsinin faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə isə faydalı qazıntıların kəşfiyyatı və mineral ehtiyatların səmərəli istifadəsi istiqamətində görülən işlər barədə məlumat verib.

Sonra 2025/2026-cı tədris ilinin qış imtahan sessiyasında yüksək nəticə göstərən tələbələr təşəkkürnamələrlə təltif olunublar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.