YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsi ehtiramla anılır

Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatı tərəfindən Müqəddəs Ramazan və Novruz bayramları münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına canından keçən şəhidlərin ailələri ziyarət edilib, onlara bayram sovqatları təqdim olunub.

Görüşlər zamanı şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, onların həyat yolu və qəhrəmanlıqları haqqında xoş xatirələr bölüşülüb. Qeyd edilib ki, şəhidlərimizin xatirəsi hər zaman xalqımız üçün müqəddəsdir və onların keçdiyi şərəfli ömür yolu gələcək nəsillər üçün nümunədir. Vurğulanıb ki, Vətən uğrunda canından keçən qəhrəmanların adını uca tutmaq, xatirələrini əbədiləşdirmək, eləcə də onların ailə üzvlərinə diqqət və qayğı göstərmək hər bir vətəndaşın borcudur.

Həmçinin bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq, aidiyyəti dövlət qurumları bu kateqoriyadan olan vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir.