YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qarabağda quruculuq işləri: Dirçəliş və qayıdışın izi ilə”

Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatının və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda aparılan abadlıq və quruculuq işlərinə həsr olunmuş “Qarabağda quruculuq işləri: Dirçəliş və qayıdışın izi ilə” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət Himni səsləndirilib.

YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev çıxış edərək Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış prosesi, bu çərçivədə həyata keçirilən tikinti-quraşdırma işləri barədə ətraflı məlumat verib. O, həmçinin tarixi, dini və mədəni-memarlıq abidələrinin bərpası istiqamətində görülən işlərdən danışıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı layihələr təkcə bərpa və yenidənqurma deyil, eyni zamanda ölkənin gələcəyinə yönəlmiş strateji addımların bariz ifadəsidir. Bildirilib ki, salınan hər yeni yol, tikilən hər məktəb və yaradılan hər iqtisadi zona Azərbaycanın sabit və dayanıqlı inkişafına xidmət edir.

Daha sonra Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova çıxış edərək vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı müasir Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. O qeyd edib ki, uzun illər işğal altında qalmış və dağıntılara məruz qalmış torpaqlar bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində sürətlə dirçəlir və yeni həyat qazanır.

Qax şəhər 2 saylı məktəb-liseyin direktor müavini Türanə Rəcəbova, Qax Peşə Liseyinin əməkdaşı Elşad Əlimov və “Monte Ferro Aqropark” MMC-nin məsləhətçisi Elçin Omarov bildiriblər ki, şəhər, kənd və qəsəbələrin yenidən qurulması, müasir infrastrukturun yaradılması, hava limanları və tunellərin inşası Böyük Qayıdışın uğurlu nəticələrini əyani şəkildə göstərir.

Sonda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti-quraşdırma və abadlıq işlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.