YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in komitə sədri: Ölkəmizdə səhiyyənin inkişafı istiqamətində mühüm addımlar atılır

«Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqil Azərbaycanın iqtisadi-sosial inkişafına, əhalinin sosial müdafiəsi sahəsində tarixi nailiyyətlər əldə etməsinə gətirib çıxarıb». Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, səhiyyə sahələrində davamlı inkişaf müşahidə edilir. Xüsusilə də,  səhiyyə sahəsində uğurlu addımlar atılıb, bu sahənin inkişafı üçün bütün imkanlar yaradılıb.

«Bütövlükdə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində digər sahələrdə olduğu kimi səhiyyədə də ciddi inkişaf müşahidə olunur. Son illər ölkədə yüzlərlə tibb ocağının tikilib istifadəyə verilməsi buna sübutdur. Bu tibb müəssisələri müasir avadanlıqlarla təhciz olunur. Bizim klinikaları görən xarici qonaqlar şəraitimizin Avropa klinikalarından heç də geri qalmadığını dəfələrlə vurğulayıblar. Təbii ki, belə bir şəraitdə yüksək kadrların da hazırlanması aktual məsələdir. Sevindiricidir ki, bu baxımdan Tibb Universiteti yüksək nəticələr əldə edir»- deyə, komitə sədri vurğulayıb.