YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Valyuta dəyişmə məntəqələrinin bərpası həm də yeni leqal iş yerləri deməkdir

«Valyuta dəyişmə məntəqələrinın fəaliyyətinin qısa müddət sonra bərpa ediləcəyi gözlənilir». Bu fikri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, bir il öncə valyuta dəyişmə məntəqələri ləğv ediləndən sonra qara bazarın «inkişafına» gətirib çıxardı. Onun sözlərinə görə, valyuta dəyişmə məntəqələrinin bərpası həm də yeni leqal iş yerləri deməkdir.

«Əksər bankların alış və satış kursu arasında fərq yenə də var. Fevral ayının əvvəllərində manat möhkəmlənməyə başlayanda manatın və ya dolların alış kursu ilə satış kursu arasında hər 100 dollarda təxminən 20 manat fərq var idi. Əslində, səbəblərdən biri məhz valyuta dəyişmə məntəqələrinin yoxluğu nəticəsində rəqabətin zəif olması idi. Valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyəti imkan verəcək ki, insanlar asan, sərbəst şəkildə - şənbə, bazar, bayram günlərinə baxmadan gedib pullarını dəyişə bilsinlər. Bu baxımdan, əslində bir il öncə ləğvinə ehtiyac olmayan məntəqələrin daha tez fəaliyyətə başlamasına ehtiyac var idi»- deyə, ekspert qeyd edib.

DİGƏR Xəbərlər Arxiv