YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı Slavyan Universitetində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

23-də Bakı Slavyan Universitetində (BSU) Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.

BSU-dan bildiriblər ki, tədbirdə universitetin rəssamlar klubunun üzvlərinin Xocalı soyqırımı ilə bağlı əl işləri nümayiş olunub.

BSU-nun rektoru, professor Nurlana Əliyeva qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən törədilən Xocalı soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir. Xocalıda neçə-neçə azərbaycanlı qocanın, qadının, körpənin ermənilər tərəfindən xaincəsinə qətlə yetirildiyini deyən rektor diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra məhz onun təşəbbüsü ilə Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilib.

Sonra Əməkdar Jurnalist, BSU-nun jurnalistika kafedrasının müəllimi Etibar Babayevin Xocalı soyqırımı ilə bağlı hazırladığı film nümayiş olunub.

Xocalı faciəsinin şahidlərindən olan BSU-nun diplomatiya və xarici siyasət kafedrasının dosenti, Qarabağ müharibəsi veteranı, polis polkovniki Sadir Məmmədov, Xocalı Polis bölməsinin sabiq rəis müavini, polis mayoru Hafiz Ədilov, “Qarabağ” qəzetinin baş redaktoru Çingiz İsmayılov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Salman Alıoğlu və başqaları Xocalı faciəsinin ağır nəticələrinin xalqımızın taleyində qoyduğu dərin izlərdən söz açıblar.

BSU-nun tələbə gənclər təşkilatının sədr müavini Vaqif Yəhyalı Pirşağı qəsəbəsində yerləşən 2 saylı Xocalı məktəbində hazırladığı videoçarxı tədbir iştirakçılarına təqdim edib. O, Xocalı soyqırımında şəhid olan BSU-nun məzunu Ülfət Əliyevin xatirəsini yad edərək gəncləri vətənpərvər olmağa çağırıb.

Sonra BSU-nun tələbələri Xocalıya soyqırımına həsr olunmuş şeirlər söyləyiblər. Həmçinin Qarabağ müharibəsi veteranı Sadir Məmmədovun 12 dildə çap edilən “Xocalı soyqırımı” kitabından ekspert rəyi Azərbaycan, rus, polyak, bolqar, Ukrayna, belarus və türk dillərində səsləndirilib.

BSU-da Xocalı faciəsinə həsr olunan silsilə tədbirlərin davamı olaraq universitetin magistratura şöbəsi tərəfindən “dəyirmi masa” keçirilib. Tədbirdə çıxış edən BSU-nun prorektoru Xanım Sultanova Xocalı faciəsinin heç vaxt unudulmayacağını deyib.

Sonra “Xocalı faciəsi” adlı videoçarx təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv