YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Abdullayev: Rabitə və informasiya sahəsi üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz artıb

«Cari ilin 9 ayı ərzində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, o cümlədən tabeli qurum və müəssisələrin fəaliyyətinin səmərəliliyinin, infrastrukturunun təkmilləşdirilməsi, öhdəliklərin icra olunması, əldə olunan gəlirlərin həcminin artırılması və əməkdaşların sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində davamlı işlər görülüb». Bu fikirləri rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev deyib.

Ə.Abdullayev bildirib ki, bu işlər nəticəsində, rabitə və informasiya sahəsi üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz artaraq 1,2 milyon manata çatıb, gəlirlərin ümumi daxili məhsulda payı 1,9 faiz, qeyri-neft sektorunda payı isə 3,7 faiz təşkil edib.

«Həyata keçirilən islahatlar nəticəsində nazirlik üzrə rabitə xidmətlərinin bir mərkəzdən göstərilməsi məqsədilə “şəbəkə” mərkəzlərinin yaradılmasına başlanılıb. Bu mərkəz vasitəsilə, nazirlik tərəfindən həyata keçirilən xidmətlərin vahid bir mərkəzdən göstərilməsi nəzərdə tutulur ki, bu da əhalinin telekommunikasiya, internet, poçt və digər rabitə xidmətlərindən rahat istifadəsinə geniş imkanlar yaradacaq»- deyə, Ə.Abdullayev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv