YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

25 saylı Nizami ikinci seçki dairəsinin seçki məntəqələrində səsvermə xüsusi fəallıqla keçir

25 saylı Nizami ikinci seçki dairəsinin 61 saylı tam orta məktəbdə yerləşən 31 saylı seçki məntəqəsində sözün əsil mənasında qələbəlikdir. İnsanlar çox böyük həvəslə məntəqəyə gələrək öz iradələrini sərbəst şəkildə bildirirlər.

Məntəqə seçki komissiyasının sədri Fidan Əbdülhəsənova bu məqamları xüsusilə qeyd edib: “Seçicilərimiz gördüyünüz kimi çox fəaldır. Məntəqə üzrə 1430 seçici qeydiyyatdadır. Səsverməyə gələ bilməyən seçicilərdən ərizə ilə müraciət edənlər olub. Onların evdə səs vermələri üçün lazımi şərait yaradılıb”.

30 saylı seçki məntəqəsində də səsverməyə gələn insanların ardı-arası kəsilmir. Məntəqə seçki komissiyasının sədri Zemfira Şıxəiyeva rəhbərlik etdiyi məntəqə üzrə 1367 seçicinin qeydiyyata alındığını bildirib.

Onun sözlərinə görə, artıq səhər saat 8.00-dan bütün qaydalara riayət olunmaqla məntəqə açıq elan edilib.

Səsvermədə iştirak edə bilməyən 7 nəfər ərizə ilə müraciət edib. Məntəqə seçki komissiyasının üzvləri tərəfindən onların referendumda səs vermələri təmin edilib. Məntəqədə veb-kamera quraşdırılıb.

Səsverməni YAP, bələdiyyə, eyni zamanda bəzi müxalifət partiyalarının təmsilçiləri müşahidə edirlər.