YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BTC ilə 2,6 milyon ton Azərbaycan nefti nəql olundu

2016-cı ilin may ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 625 235 ton Azərbaycan nefti nəql olunub.

Cari ilin yanvar-may aylarında bu kəmərlə 12 440 802 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il iyunun 1-dək BTC-yə 305 116 191 ton neft vurulub.

Bundan başqa, 2016-cı ilin mayında BTC kəməri ilə 404 436 ton Türkmənistan nefti nəql olunub.

Həmçinin 2016-cı ilin may ayı ərzində 2 562 488 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 558 661 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-may aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 12 651 407 ton təşkil edib.