YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İndiyədək Azərbaycanda 43 Tvinninq layihəsi icra edilib

İndiyədək Azərbaycanda, ümumilikdə, 43 Tvinninq layihəsi icra edilib.

Bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev mayın 27-də Bakıda “Azərbaycanda institusional quruculuq” mövzusunda keçirilən konfransda bildirib.

“İcra edilən layihələrdən 25-i uğurla tamamlanıb, 9 layihə icra mərhələsindədir, 9 layihə üzrə isə sənədlər hazırlanır. Azərbaycan dövlət qurumlarının təşəbbüsü ilə ümumilikdə, 150 TAIEX tədbiri həyata keçirilib. Eyni zamanda, dövlət qurumlarının nümayəndələri 68 çoxtərəfli TAIEX tədbirində iştirak edib. Azərbaycanda 15 SIQMA layihəsi həyata keçirilib, 2 SOCIEUX layihəsi isə icra mərhələsindədir”, - deyə nazir müavini diqqətə çatdırıb.

 

DİGƏR Xəbərlər Arxiv