YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının iclası mayın 27-də Afinada keçiriləcək

Mayın 27-də Yunanıstanın Afina şəhərində Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçiriləcək.

Energetika Nazirliyindən bildirilib ki, Azərbaycan nümayəndə heyətinə energetika naziri, Azərbaycan-Yunanıstan Hökumətlərarası Komissiyasının həmsədri Natiq Əliyev rəhbərlik edəcək.

İclasda iki ölkə arasında enerji, səhiyyə, kənd təsərrüfatı, turizm, nəqliyyat, rabitə və informasiya texnologiyaları, təhsil, elm, mədəniyyət və idman sahələrində ikitərəfli əməkdaşlığın inkişafı perspektivləri və planlaşdırılan tədbirlər müzakirə ediləcək. Çoxtərəfli əməkdaşlıq istiqamətində Avropa Qonşuluq Siyasəti, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) çərçivəsindəki əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Yekun olaraq, iki ölkə arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Protokolunun imzalanması nəzərdə tutulub.

Xatırladaq ki, Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası 2011-ci il fevralın 2-də Bakı şəhərində keçirilib.

 

DİGƏR Xəbərlər Arxiv