YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti  Reuven Rivlinə, İsrail Dövlətinin milli bayramı – Müstəqillik günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “İnanıram ki, ölkələrimiz arasında daim genişlənən dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına sülh və rifah diləyirəm”.