YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: İcbari tibbi sığortanın tətbiqi səhiyyəmizi köklü surətdə dəyişdirəcək: İcbari tibbi sığortanın tətbiqi səhiyyəmizi köklü surətdə dəyişdirəcək

«Dünyanın əksər ölkələrində səhiyyə xidmətlərinin maliyyələşdirilməsi icbari tibbi sığorta vasitəsilə həyata keçirilir. Azərbaycanda da icbari tibbi sığortanın tətbiq edilməsi üçün lazımı şərait var». Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva  bildirib ki, Azərbaycanın səhiyyə sisteminin inkişafına xidmət edəcək bu sistem səhiyyəmizi köklü surətdə dəyişəcək. Onun sözlərinə görə, icbari tibbi sığorta işçilərin əməkhaqqından, əməkhaqqından ayırmalardan tutmuş tibb müəssisələrinin akkreditasiyasına kimi müxtəlif parametrləri əhatə edən çoxşaxəli prosesdir.

«Məhz bu sistem tətbiq edildikdən sonra səhiyyə sektorunda çox böyük dəyişikliklər olacaq. Bu gün Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün qanunvericilik baxımından da heç bir problem yoxdur və bu sahədə qanunvericilik bazası kifayət qədər mükəmməldir. İcbari tibbi sığortanın tətbiqi Azərbaycanın sığorta bazarında sığorta haqlarını artıracaq, sığorta bazarının həcmini böyüdəcək, sığorta şirkətlərinin bu sahədəki peşəkarlığını artıracaq, yeni işçi qüvvəsinə tələb yaranacaq. Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi, həmçinin sığorta şirkətlərinin gəlirlərini artıracaq, onların inkişafına səbəb olacaq. Bir sözlə, icbari tibbi sığortaya dövlətlə yanaşı, insanlar və bütünlükdə cəmiyyət nə qədər həssas yanaşsalar, keyfiyyətli tibbi xidmətin maliyyə əsası da o qədər etibarlı olar. İcbari tibbi sığorta da əhalinin sağlamlığının qızıl zəmanətinə çevriləcək»- deyə, S.Vəliyeva qeyd edib.