Xəbərlər
Milli Məclisin deputatı Asif Əsgərov seçicilərlə görüşüb

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunun Mamrux kəndində seçicilərlə görüş keçirib.
Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.
Sonra millət vəkili Vətən müharibəsi şəhidi Musa Nüsrət oğlu Nuhuyevin ailəsini ziyarət edib. Asif Əsgərov qeyd edib ki, şəhidlərin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, dövlətimiz hər zaman bu kateqoriyadan olan şəxslərə diqqət və qayğı göstərəcəkdir.