YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olub

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Ulusal Birlik Partiyasının (UBP) dəvəti ilə Milli Məclisin deputatı, Azərbaycan - Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Anar Məmmədov, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin baş məsləhətçisi Günel Məmmədovadan ibarət nümayəndə heyəti 20 İyul - Barış və Azadlıq Bayramı münasibətilə təşkil olunan tədbirlərdə iştirak etmək məqsədilə bu ölkədə səfərdə olub.

Səfər çərçivəsində nümayəndə heyəti ŞKTC-nin Baş naziri, UBP-nin sədri Ünal Üstel ilə görüşüb. Görüşdə Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyi, ortaq tarix, dil və mənəvi dəyərlərə əsaslanan münasibətlərin möhkəmləndiyi vurğulanıb. Tərəflər YAP ilə UBP arasında əməkdaşlığın genişləndirilməsinin ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət etdiyini qeyd ediblər.

Nümayəndə heyəti daha sonra ŞKTC Prezidenti Tufan Erhürmanın, dövlət rəsmilərinin və xarici qonaqların iştirakı ilə keçirilən 20 İyul - Barış və Azadlıq Bayramına həsr olunmuş təntənəli mərasimdə iştirak edib.

Səfər zamanı ŞKTC Məclisinin sədri Ziya Öztürkler ilə də görüş keçirilib. Görüşdə Azərbaycan-ŞKTC parlamentlərarası münasibətlərinin uğurla inkişaf etdiyi bildirilib, həm ikitərəfli əməkdaşlığın, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində regional inteqrasiya və strateji tərəfdaşlığın daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) ŞKTC-dəki nümayəndəsi Emre Kaya ilə görüş zamanı isə Türk dünyasında siyasi həmrəyliyin möhkəmləndirilməsi, partiyalararası ikitərəfli və üçtərəfli əməkdaşlıq mexanizmlərinin inkişafı, gənclər və gender siyasəti sahəsində birgə layihələrin həyata keçirilməsi, eləcə də gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

DİGƏR Xəbərlər Arxiv