YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəlbəcərin bərpası naminə qətiyyətli addımlar atılır

“Kəlbəcər şəhərinin vaxtilə düşdüyü vəziyyəti biz dünyaya nümayiş etdirdik. Bu bir həqiqətdir ki, Kəlbəcərdə bir dənə salamat bina qalmamışdı. Nəinki şəhərdə, kəndlərdə də bir salamat bina yox idi. Əlbəttə bu vəhşilik idi. Ermənistan rəhbərliyi bir daha əməlləri ilə göstərdi ki kütləvi şəkildə insanlığa sığmayan addımlar atılıb. Bu cəmiyyət işğal dövründə talançılığı özü üçün əsas gəlir mənbəyi edib”.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

“Kəlbəcərin işğaldan azad olunması Prezident İlham Əliyevin siyasi dühasının nəticəsi idi. Kəlbəcərimiz artıq öz inkişaf yoluna qədəm qoyub. İşğaldan azad olunmuş şəhərlərimiz yeni dövrünü yaşayır. Biz isə o günləri heç vaxt unutmamalıyıq. Onların bizə etdiyi vəhşilikləri daim yaddaşımızda saxlamalı və bir daha imkan verməməliyik ki, onlar bir də bu fikirlərə düşsünlər. Bu gün xalqımız Ali Baş Komandana güvənir. Bu, o deməkdir ki, “Dəmir yumruq” həmişə öz yerində olacaq. Xalq iqtidar birliyi bizim sarsılmaz gücümüzün olduğunu göstərir. Artıq Kəlbəcərdə abadlıq quruculuq işləri aparılır. Köç karvanları yola düşür. Onlar buranı dağıdıblar, biz isə qurub-yaratmışıq. Prezident İlham Əliyevin bu rayonlara mütəmadi səfər etməsi onu göstərir ki, hər məsələ ilə özü şəxsən maraqlanır və nəzarət edir. Yaxın vaxtlarda cənnət məkan olan Kəlbəcər daha da gözəlləşərək ölkəmizin inkişaf etmiş rayonlarından birinə çevriləcək".

DİGƏR Xəbərlər Arxiv