YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdədə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının kollektivi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü şəhid ailələrinin övladları ilə birlikdə qeyd ediblər.

Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, partiya fəalları, Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov, eləcə də ərazi partiya təşkilatlarının sədrləri iştirak ediblər.

Əvvəlcə iştirakçılar Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunun Qarayusifli kəndinə raket hücumu nəticəsində həlak olmuş Aysu İsgəndərlinin məzarını ziyarət ediblər.

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya çıxışında bildirib ki, Aysu İsgəndərli və digər mülki şəxslər Ermənistanın törətdiyi müharibə cinayətləri və dinc əhaliyə qarşı həyata keçirdiyi vəhşiliklər nəticəsində həlak olub. Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz Vətən müharibəsində tarixi Qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Azərbaycan hər zaman sülhə və sabitliyə sadiqdir.

Faqət Şadlinskaya bildirib ki, gələcəyimizin təminatı olan uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi əhəmiyyət daşıyır. Vurğulanıb ki, bu gün qəhrəman şəhidlərin adlarını daşıyan yeni nəsil böyüyür, onların döyüş yolu gənclər üçün örnəkdir.

Daha sonra YAP Bərdə rayon təşkilatının kollektivi şəhid ailələrini ziyarət edib, uşaqlarla görüşərək onları müxtəlif hədiyyələrlə sevindiriblər.

Şəhid Aysu İsgəndərlinin atası Rövşən İsgəndərli, Vətən müharibəsində göstərdiyi igidliyə görə “Vətənə xidmətə görə” ordeni və bir sıra medallarla təltif olunmuş şəhid Asif Abışovun anası İsbət Hətəmova, “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş şəhid Dövran Naibovun anası Xuraman Naibova, həmçinin medallarla təltif edilmiş şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova bu kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.