YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması ilə bağlı memoranduma görə Donald Trampa təşəkkür edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğv müddətinin uzadılması haqqında memorandumla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Paylaşımı təqdim edirik: “Möhtərəm Prezident Donald Tramp,

Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə memorandumu şəxsi qeydiniz və xoş sözlərinizlə birlikdə mənə xatirə hədiyyəsi olaraq göndərdiyiniz üçün Sizə səmimi təşəkkürümü bildirmək istəyirəm. Bu diqqətəlayiq jesti yüksək qiymətləndirir və ona böyük ehtiram bəsləyirəm”.

DİGƏR Xəbərlər Arxiv