YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İmişlidə Novruz bayramı münasibətilə şəhid ailələri ziyarət olunub

Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatı tərəfindən Novruz bayramı münasibətilə “Hər Vətən şəhidinin haqqı var boynumuzda” adlı aksiya keçirilib.

İmişli rayonundan olan Aprel döyüşləri, Vətən müharibəsi və antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə yüksələn 53 qəhrəmanın ailəsi ziyarət edilərək, bayram sovqatı verilib.

YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın xatirəsini ehtiramla yad edərək bildirib ki, torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə fəxr edir, qürur duyuruq.

“Orion-E” ərazi partiya təşkilatının fəalı Anar Cabbarlı bildirib ki, Vətən müharibəsində şəhidlərin şərəfli amal naminə şanlı zirvəyə ucaldıqlarını və öz canları bahasına işğal altında olan torpaqlarımızı işğaldan azad etdiklərini deyib.

DİGƏR Xəbərlər Arxiv