YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Zaqatala rayon təşkilatının təsis olunmasının 33 illiyi qeyd olunub

Zaqatala Rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Zaqatala rayon təşkilatının təsis olunmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən öncə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunub.

Əvvəlcə tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyəti ilə əlaqədar videoçarx nümayiş etdirilib.

Tədbirdə YAP Zaqatala rayon təşkilatının Fərid Ramazanov, Milli Məclisin deputatı Asif Əsgərov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Tofiq Əhmədov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Araz Salmanov, partiya veteranı Tahir Məmmədov və partiya fəalı Ədalət Qurbanova çıxış ediblər.

Çıxışlarda tarixi zərurətdən irəli gələrək yaradılan Yeni Azərbaycan Partiyasının şərəfli inkişaf yolu keçərək ümumxalq partiyasına çevrildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunmasında mühüm rol oynayıb. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdən biri kimi qlobal miqyasda nüfuz qazanıb.  

Həmçinin vurğulanıb ki, YAP Zaqatala rayon təşkilatı partiyanın ideya və məqsədlərinə sadiq qalaraq, dövlətçilik ənənələrinin qorunması və milli maraqların müdafiəsi istiqamətində ardıcıl fəaliyyət göstərir.

Daha sonra YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri, rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə isə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.