YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələri ziyarət olunub

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatının və Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər.

Tədbir iştirakçıları şəhid ailələrinin xanım üzvlərini bayram münasibətilə təbrik edib, şanlı Zəfərimizin əldə olunmasında qadınların əvəzsiz rolundan danışıblar.

Çıxışlarda qəhrəmanlarımızın Vətəni sevmələrində anaların göstərdiyi fədakarlıq xüsusi vurğulanıb.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.