YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Birliyin, gücün və ədalətin təntənəsi – şanlı Zəfər”

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Birliyin, gücün və ədalətin təntənəsi – şanlı Zəfər” adlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov çıxışında qeyd edib ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasını uğurla davam etdirərək, ölkəmizin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib. O bildirib ki, şanlı Qələbə xalqın birliyi, ordumuzun gücü və dövlət başçısının uzaqgörən siyasəti sayəsində mümkün olub. Təşkilat sədri qeyd edib ki, bu Zəfər yalnız hərbi uğur deyil, həm də milli ləyaqətin və tarixi ədalətin bərpasıdır.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında vurğulayıb ki, 8 Noyabr – Zəfər Günü xalqımızın tarixi iradəsinin, milli həmrəyliyinin və dövlətinə sədaqətinin rəmzidir. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda sülhün, sabitliyin və iqtisadi gücün əsas dayağına çevrilib. Bu Zəfər ölkəmizin suverenliyinin, milli gücünün və ölkə rəhbərliyinin müdrik siyasətinin təntənəsidir.

Sumqayıt Dövlət Universitetinin professoru Şirxan Səlimov, Qarabağ ordenli qazi Ehtiram Məmmədov, şəhid atası Sovet Şükürov və şəhid Şəhriyar Quliyevin həyat yoldaşı Pərvin Quliyeva çıxışlarında Azərbaycan Ordusunun qəhrəmanlığından, xalqın sarsılmaz iradəsindən və şəhidlərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağından bəhs ediblər. Vurğulanıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev dövlətçilik tarixmizə xalqın lideri və qalib sərkərdə kimi yazılıb, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatı yeni inkişaf mərhələsinə qədəm qoyub. 44 günlük Vətən müharibəsi xalqımızın tarixində milli oyanış, mənəvi dirçəliş və dövlət iradəsinin parlaq təzahürü kimi qalacaq.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.