YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın rayon təşkilatları ağacəkmə kampaniyası keçiriblər

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsində əldə olunan tarixi Zəfərin 5-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları ağacəkmə kampaniyası həyata keçirirlər.

Tədbirlər partiyanın Ağstafa, Göygöl, Lənkəran, Ağdam, Tərtər rayon təşkilatlarının yerli icra hakimiyyəti orqanları ilə birgə təşkilatçılığı əsasında baş tutub.

Aksiyada YAP-ın yerli təşkilatlarının rəhbərləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Kampaniya çərçivəsində ərazilərdə müxtəlif növ ağac əkilib. Eyni zamanda, ağacların əkildiyi yerlərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, ağacəkmə kampaniyasının keçirilməsində məqsəd respublikamızda  meşəlik zolağının və yaşıllığın daha da genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılması və bu istiqamətdə dövlət siyasətinə dəstək verilməsindən ibarətdir.