YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Qrant Müqaviləsi təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi”nin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, 2024-cü il iyunun 29-da Brüssel şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi” təsdiqlənir.

Dövlət Gömrük Komitəsi bu Fərmanın 1-ci hissəsində göstərilən Qrant Müqaviləsi qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyinə isə Qrant Müqaviləsinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ümumdünya Gömrük Təşkilatına bildiriş göndərmək tapşırılıb.