YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Möhkəm dostluq və sarsılmaz qardaşlıq

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Azərbaycan bu gün dünyanın ən qüdrətli dövlətləri sırasında öz layiqli yerini tutub. Çünki ölkəmizin başçısı İlham Əliyevin həyata keçirdiyi mükəmməl siyasət Azərbaycan xalqının və dövlətinin maraqları naminədir. Xüsusilə bizim düzgün xarici siyasət kursumuz son illərdə ölkəmizin başqa dövlətlərlə əlaqələrini daha da genişləndirib.  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev qardaş Özbəkistanla əlaqələrə həmişə xüsusi önəm vermiş, hətta sovet dövründə də qardaş türkdilli ölkələrə xüsusi maraq göstərmişdir. Ulu Öndərin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan türk dövlətləri, o cümlədən Özbəkistanla tarixi dostluq və əməkdaşlıq əlaqələri uğurla davam etdirilir. İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında əlaqələr yüksək səviyyəyə çatıb.

Məlum olduğu kimi  bir neçə gün öncə Prezident, Partiyamızın Sədri İlham Əliyev Özbəkistanda səfərdə olub. Cari ilin avqustun 23-də Daşkənddə sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.

Cənab Prezident hər zaman olduğu kimi öz nitqində Azərbaycanın düzgün siyasətindən, konstruktiv mövqeyindən, əldə etdiyimiz uğurlardan, Özbəkistanla olan möhkəm dostluq və qardaşlıq əlaqələrindən, həmçinin bir sıra tarixi faktlardan danışıb. Bu isə bir daha onu deməyə əsas verir ki, Azərbaycan və Özbəkistanın münasibətləri çox yüksək səviyyədədir və Prezident İlham Əliyevin qeyd etdiyi kimi;-Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Zənnimcə, əminəm ki, üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək.

Azərbaycan Prezidenti, YAP Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düzgün və məqsədyönlü siyasəti ölkəmizi qüdrətli dövlətə çevirməklə yanaşı, beynəlxalq müstəvidə də böyük söz və nüfuz sahibi etmişdir. Hər bir azərbaycanlı bu gün fəxr edir ki, onun Lideri cənab İlham Əliyevdir və cənab Prezidentin bənzərsiz siyasəti bizi uğurlu gələcəyə doğru inamla aparır.