Xəbərlər
YAP Nərimanov rayon təşkilatı tərəfindən görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı tərəfindən “Böyük Şor qəsəbəsi” üzrə ərazi partiya təşkilatının sədri Mirəli Babayevin 50 illik yubileyi münasibətilə görüş keçirilib.
YAP Nərimanov rayon təşkilatının əməkdaşı Nəzrin Əlizadə partiya veteranını yubileyi münasibətilə səmimi qəlbdən təbrik edərək, ona möhkəm can sağlığı, fəaliyyətində uğurlar arzulayıb.
Göstərilən diqqətə və qayğıya görə təşəkkürünü bildirən Mirəli Babayev Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının və partiyanın təbliğatındakı fəaliyyətinin onun üçün böyük qürur olduğunu söyləyib.
