YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kürdəmir rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının “Bakı prospekti 20” (“Kürdəmir Gənclər evi”) ünvanı üzrə ərazi partiya təşkilatı yaradılıb. 

Tədbirdə çıxış edən “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Nicat Ağarəhimov, YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov və digərləri partiyanın keçdiyi şərəfli yoldan bəhs edərək bildiriblər ki, 750 mindən artıq üzvü olan partiyanın sıraları günü-gündən genişlənir. Natiqlər xüsusilə savadlı və istedadlı gənclərin böyük həvəslə partiya sıralarına qoşulmasının sevindirici hal olduğunu deyiblər. Qeyd olunub ki, partiyadakı kəmiyyət və keyfiyyət yüksəlişi daha effektiv və operativ idarəetməni zəruri edir. Bu baxımdan ərazi təşkilatlarının yaradılması olduqca əhəmiyyətlidir.

Sonra təşkilati məsələlərə baxılıb. Nicat Ağarəhimov ərazi partiya təşkilatının sədri, Tamara Həsənova isə sədr müavini seçiliblər.

Qeyd edək ki, YAP Kürdəmir rayon təşkilatında partiya veteranı Hüseynov Qasım Hüseyn oğlunun 70 illik yubileyi münasibətilə görüş keçirilib.

Rayon təşkilatının sədri Ayaz Cəbrayılov yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb.

Göstərilən diqqətə görə təşəkkürünü bildirən Qasım Hüseynov Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının və uzun illər partiyanın təbliğatındakı fəaliyyətinin onun  üçün böyük qürur olduğunu söyləyib.

DİGƏR Xəbərlər Arxiv