YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclər cəmiyyətin aparıcı qüvvəsidir

Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının, Ağcabədi Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları RİH binasının qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Məmmədova,  YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Eldəniz Qənbərov, N saylı hərbi hissənin psixoloqu İsmayıl Əhmədzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının ingilis dili müəllimi Nərmin Maqsudova, Vətən müharibəsi iştirakçısı Nicat Musayev, Ağcabədi Regional ASAN xidmət mərkəzinin vətəndaşların hüquqlarının təminatı sektorunun böyük məsləhətçisi Lələ Abbasov çıxış ediblər.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə təsis etdiyi bu əlamətdar günün gənclərə göstərilən dövlət qayğısının bariz nümunəsi olduğu qeyd edilib. Bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

Sonra bir qrup gəncə, eləcə də yubileyi olan partiya veteranlarına fəxri fərman və diplomlar təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.