Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Ciorcio Napolitanoya təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitanoya bu ölkənin milli bayramı – Respublika günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Azərbaycan ilə İtaliyanı möhkəm dostluq və sıx əməkdaşlıq münasibətləri birləşdirir. Ümidvaram ki, siyasi, iqtisadi və mədəni əlaqələrimizin daha da dərinləşdirilməsi, qarşılıqlı maraqlarımızı əks etdirən tərəfdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.”