YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Varlığımızı şərtləndirən ən müqəddəs dəyər

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalq­larının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azər­aycan əlifbasının bərpasını zəruri etdi. Hə­min vaxtdan müstəqil Azərbaycan Respubli­kasında tədricən latın qrafikalı milli əlifbamı­za keçid mərhələsi başlandı. Bu tarixi proses Ümummili liderimiz Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən gerçəkləşdi. Prezident Heydər Əliyev latın qra­fikalı əlifbanın tətbiqinin Azərbaycanın siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nə­zərə alaraq 2001-ci il avqustun 9-da daha bir fərman imzaladı. Həmin fərmanla 1 avqust – Azərbaycan əlifbası və Azərbay­can dili günü elan edildi. Həmin vaxtdan hər il avqust ayının 1-i Azərbay­can Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Hər bir xalqın, hər bir millətin var olmasının ən əsas amillərindən biri özünəməxsus dilinin olmasıdır. Hər bir toplum hər bir xalq məhz Ana dili vasitəsi ilə özünün varlığını sübut edir, təsdiq edir və yaşadır. Dahi şəxsiyyət, ümummilli liderimizin də dediyi kimi hər bir xalq öz dili ilə yaranır. 

Biz bu gün həqiqətən də fəxrlə deyə bilərik ki, bizim  qədim bir xalq kimi dərin tarixi kökləri olan öz dilimiz, öz tariximiz, öz mədəniyyətimiz var. Bu gün 50 milyondan çox həmvətənimizin danışdığı bu dil dünyaya səs salan neçə-neçə şairlər,  alimlər, siyasətçilər, dahilər yetişdirib. Biz bu gün bu dil ilə dünya tarixinə, dünya mədəniyyətinə öz sözümüzü demişik, kimliyimizi sübut etmişik, bu dil ilə dünyaya müstəqilliyimizin əbədi, dönməz və daimi olduğunu elan etmişik. 

Azərbaycanda son illərdə bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişaf etdirilməsində, onun dövlət dili olaraq yüksək mərtəbəyə qaldırılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri danılmazdır. Heydər Əliyev ana dili ilə bağlı dövlət siyasətinin təməlini ölkəmizin hələ müstəqilliyindən əvvəlki sövetlər birliyinin tərkibində olduğu illərdən qoymuşdur. Hələ sovetlər birliyinin tərkibində müttəfiq respublika olduğumuz bir vaxtda, 1978-ci ildə Azərbaycan SSR-in konistitusiyasında Azərbaycan SSR-in dövlət dili azərbaycan dilidir maddəsinin daxil edilməsi o dövr üçün böyük cəsarət tələb edirdi və eyni zamanda milli kimliyimizin və ana dilimizin qorunması naminə atılan çox böyük bir addım idi.  Ulu öndərin ana dilimizin qorunub saxlanılması məqsədilə həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasətinin nəticəsində hələ keçən əsrin 70-ci illərində respublikamızda ana dilimizin hərtərəfli olaraq tədqiqi ilə bağlı bir sıra vacib elmi tədqiqat işləri həyata keçirilmişdir. 1974-cü ildə o dövr üçün ali məktəblərdə tədris məqsədilə hazırlanmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi istifadəyə verilmiş və Dövlət mükafatına layiq görülmüşdür. Ulu Öndər Heydər Əliyevin ana dilimizə olan bu sonsuz sevgi və qayğısı və o dövr üçün dilimizin qorunub saxlanılması məqsədilə bu cəsarətli addımı xalqın müxtəlif təbəqələri arasında çox böyük rəğbətlə qarşılanmışdır.

 Ulu öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik” fikirləri ana dilimizə verilən ən yüksək qiymətin təzahürüdür.

Bu gün Ümummilli lider Heydər Əliyev ideyalarının layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğma dilimizə həs­saslıqla yanaşmasının nəticəsidir ki, Azərbaycan ədəbiyyatının, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin la­tın qrafikasında yenidən nəşr edilməsi məhz İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Pre­zidentin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sə­rəncam həm də əlifba ilə bağlı problemləri həll etdi.Ölkə prezidentinin 2012-ci il mayın 23- də imzaladığı "Azərbaycan dilinin qlo­ballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin in­kişafına dair Dövlət Proqramı haqqında" sərəncam da onun ana dilimizə verdiyi bö­yük önəmdən xəbər verir.

Vətənpərvər xalqımız dilimizin incəliklərini və milli adət ənənələrimizin qorunub saxlanılması uğrunda daim gərgin mübarizə aparmışdır. Bu gün bunun nəticəsi olaraq dilimiz özünün saflığını, qədimiliyini qoruyub saxlamış, xalqımız isə öz milli adət ənənələrini uğurla davam etdirərək dünyaya təbliğ edir. Ana dili bütün elmləri öyrənməyin açarıdır. Zaman keçdikcə bu dəyərli sərvətimizin qayğısına qalmalı və dilimizi mükəmməl formada gələcək nəsillərə ötürməliyik. Bu, hər birimizin bir vətəndaş, bir insan, bir azərbaycanlı kimi ən böyük amalımız olmalıdır. Dilimizi qoruyaq! O bizim varlığımızı şərtləndirən ən müqəddəs dəyərdir.

DİGƏR Xəbərlər Arxiv